Dünya şöhrətli məşhur keçmiş aktyor cütlüyü Ancelina Coli və Bred Pittin böyük qızı, 18 yaşlı Şaylo Los-Anceles küçələrində görüntülənib.
OLAY yazır ki, Şaylo, rəfiqəsi Keoni Rose ilə birlikdə rəqs studiyasından çıxarkən paparatsiyaların obyektivinə tuş gəlib.
Rəqsdə özünü tapdığı deyən Şaylo, “Puma” idman şalvarı və printli sviter geyinib, çiyninə isə “Nike” çantasını asıb. Cütlüyün qızı 90-cı illərin dəbi sayılan yay halqası ilə saçlarını geriyə toplayıb.
Colinin rəfiqəsi təxminən 20 dərəcə istiyə baxmayaraq, “crop” köynək, “oversize” (bol -red.) şalvar və xəz çəkmə geyinib.
Qeyd edək ki, Şaylo Coli Ancelina Coli və Bred Pittin ilk bioloji övladıdır. O, 2006-cı ildə Namibiyada anadan olub. Məşhurların qızı Colinin övladlığa götürdüyü övladlarından fərqli olaraq nadir hallarda çölə çıxır və ictimai tədbirlərə qatılır, lakin tez-tez paparatsiyaların obyektivinə tuş gəlir. Bu yaxınlarda Şilo rəsmi olaraq atasının soyadından imtina edib. Daha əvvəl onun bacıları Vivyen və Zahara da eyni addımı atıblar.
Xatırladaq ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə görüşməyə başlasalar da, doqquz il sonra evləniblər. 2016-cı ildə aktrisa boşanmaq üçün məhkəməyə müraciət edib. Buna səbəb təyyarədə həyat yoldaşları arasında baş verən mübahisə olub. Daha sonra Ancelinanın dediyinə görə, Bred sərxoş vəziyyətdə ona və uşaqlarından birinə əl qaldırıb. Ümumilikdə cütlüyün altı övladı var: övladlığa götürülmüş - 23 yaşlı Maddoks, 20 yaşlı Paks və 19 yaşlı Zahara, həmçinin bioloji - Şaylo və 16 yaşlı əkizlər Knoks və Vivyen.