Fotosessiya
Fotosessiya

Cennifer Lopezin keçmiş əri boşanmalarında Didini günahlandırıb

Cennifer Lopezin keçmiş əri boşanmalarında Didini günahlandırıb

Dünya pop səhnəsinin ulduzu Cennifer Lopezin keçmiş əri Ohani Noah 90-cı illərin sonunda boşanmalarında hazırda həbsdə olan repçi və musiqi prodüseri Pi Diddini (əsl adı Şon Kombs) günahlandırıb. 

OLAY yazır ki, Ohani bu barədə “Despierta America” verilişində çıxışı zamanı danışıb.

““Sony” ona milyonlar ödədi. Bir də “On The 6” albomu üçün bir neçə trek prodüserliyi edən Pi Diddi də var idi. Aldatma, yalanlar və nəhayət, ayrılıq da elə buradan başladı. Mən Los-Ancelesdə restoranımın açılışında idim və o, Mayami ilə Nyu York arasında yaşayır, albom üzərində işləyirdi. Hər şey bundan sonra başladı”, - deyə Noah vurğulayıb.

Noah əlavə edib ki, Lopezdən ayrılması onun karyerasına pis təsir edib, buna görə də keçmiş həyat yoldaşından inciyib. 

“Cenniferdən soruşardım: “Sənə nə etdim ki, məni məhkəməyə verdin, ittiham etdin, yalan danışdın, haqqımda yalan şayiələr yaratdın və bir neçə şirkətə zəng etdin ki, məni işdən çıxarsınlar? Əgər sənə heç nə etməmişəmsə niyə bunları etdin? Qoy həqiqəti desin, baş verənlərin hamısını danışsın” – deyə Ohani bildirib.

Qeyd edək ki, Ohani Noah və Cennifer Lopez 1997-1998-ci illərdə evli olublar. 1999-2001-ci illər arasında müğənni Pi Diddi ilə görüşüb.