Tez-tez adı qalmaqallarda hallanan müğənni Demet Akalın bu dəfə jurnalistlərlə problem yaşayıb.
OLAY yazır ki, ötən günlərdə bir restoran çıxışı görüntülənən Akalın onun fotolarını çəkən müxbirləri danlayıb.
İfaçının bu hərəkətindən sonra maqazin müxbirləri onun bir daha fotolarını çəkməmə qərarı alıblar. Demetin bu məsələyə münasibəti isə maraqla gözlənilir.