Aktyor Türkay Cəfərli Əməkdar artist Coşqun Rəhimovun dünyaca məşhur aktyor Rovan Atkinsonla bağlı fikirlərini tənqid edib.
OLAY-ın məlumatına görə, bu barədə Türkay sosial media hesabında paylaşım edib.
“Axmaq vəziyyət qurşaqdan aşağı “ayə-vayə” ilə hırıldatmaqdır. Axmaq olmayan vəziyyət isə situasiyaya uyğun verilən reaksiyadır. Vəziyyət komediyası... Rovan Atkinson, sən aktyor deyilsənmiş, bəsitimişsən”, - deyə Türkay bildirib.
Qeyd edək ki, C. Rəhimov “Efirdən kənar” verilişində bunları söyləyib:
“Axmaq bir vəziyyətdə tamaşaçını güldürən aktyordur. Əgər ona aktyor demək olarsa. Ancaq Mister Bindir. Bunu onun canından çıxartmaq olmur. Bəlkə də, insan həyatda belədir. Çox bəsit, sadə vəziyyətdə elə gülüş yaradır ki, formanı itirmədən... Yəni beləsinə aktyor demirlər. “Mister Bin” tapılmış bir formanı ömür boyu eyni qəlibdə tamaşaçıya nümayiş etdirib. Biz bu insanı aktyor sənəti, aktyor məharəti olan bir insan kimi təqdim edə bilmərik”.