Naməlum şəxs Hollivud aktrisası Cennifer Enistonun evinə polis çağırıb.
OLAY yazır ki, “Dostlar” serialının ulduzu uğursuz zarafatnın qurbanı olub.
Belə ki, naməlum şəxs polisə Cennifer Enistonun intihara cəhd etdiyi barədə mesaj qoyub, bundan sonra hüquq-mühafizə orqanları gecə yarısı aktrisanın evinə basqın edib.
Bu barədə “TMZ” nəşri məlumat yayıb.
Polis əməkdaşlarının sözlərinə görə, kömək istəyən şəxs izah edib ki, Cennifer bir gün əvvəl intihar edəcəyini və son vaxtlar özünü çox yaxşı hiss etmədiyini söyləyib.
Təhlükəsizlik əməkdaşları da polisin görünüşünə təəccüblənsələr də, onları evə buraxıblar. Bundan sonra Eniston özünə haqq qazandırmalı və gələnləri əmin etməli idi ki, o, heç bir halda özünə zərər verməyə çalışmır.
Hüquq-mühafizə orqanları bildiriblər ki, bu hal ikinci dəfə baş verərsə, Cenniferi əbəs yerə narahat etməmək üçün təhlükəsizliklə təfərrüatları müzakirə edərək hər şeyi hərtərəfli yoxlamağa çalışacaqlar.
Bu cür zarafat edən şəxs adını gizlədib və bu təəccüblü deyil. Aydınlaşdırılır ki, Hollivudda belə zarafatlar az deyil. Kris Braun, Niki Minaj, Rihanna və Castin Biber artıq onların qurbanı olublar.