Fotosessiya
Fotosessiya

Demetlə Oğuzhan barışdı

Demetlə Oğuzhan barışdı

Bir ildir sevgili olan, daha sonra ayrılan aktrisa Demet Özdemir və müğənni Oğuzhan Koç barışıb.

OLAY yazır ki, münasibətlərini bitirdikdən sonra çətin günlər keçirən Koça “O səs Türkiyə”də münsif həmkarı Ebru Gündeş dəstək olub.

O və bir neçə dost cütlüyü bir araya gətirərək onları görüşdürüb. Problemləri aradan qaldıran Demet və Oğuzhan münasibətlərini bərpa etmək barədə qərar verib.