Fotosessiya
Fotosessiya

Hemilton Bakıda Uill Smitlə görüşdü

Hemilton Bakıda Uill Smitlə görüşdü

“Mercedes Formula 1” komandasının dünyaca şöhrətli britaniyalı yarış pilotu Lüis Hemilton “Formula 1 Qatar Airways” Azərbaycan Qran Prisi 2024 çərçivəsində konsert proqramı ilə çıxış edən dünya şöhrətli aktyor və repçi Uill Smitlə Bakıda bir araya gəlib. 

OLAY yazır ki, Lüis Uill ilə “Formula 1” Bakı Qran Prisində rastlaşıb. 

İkili birgə xatirə fotoları çəkdiriblər. Həmin şəkilləri isə Hemilton instaqram səhifəsində izləyiciləri ilə bölüşüb. 

“Formula 1” ulduzu sözügedən paylaşıma “Tanış olduğumuza çox şadam. Bakıda qovuşduq” şərhini yazıb.