Britaniyalı müğənni Ed Şeran 2015-ci ildən mobil telefondan istifadə etmədiyini və bunun psixi sağlamlığına faydalı olduğunu bildirib.
OLAY yazır ki, bu barədə ifaçı “The Collector's Edition” proqramında məlumat verib: “Mən üstümdə telefon gəzdirmirəm. 2015-ci ildən telefonum yoxdur”
30 yaşlı musiqiçi “Mən həqiqətən də telefondan bezmişdim”,- deyərək sözlərinə əlavə edib.