Ötən gün 88 yaşında dünyasını dəyişən əfsanəvi fransalı aktyor Alen Delonun övladları atalarının ölümündən sonra bəyanat yayıblar.
OLAY yazır ki, bununla bağlı “France 24” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, uşaqlar atalarının vəfatından çox kədərləndiklərini bildiriblər.
Alen Delonun övladları atalarının öz evində dinc şəkildə dünyasını dəyişdiyini bildiriblər. Onların sözlərinə görə, Delon evində üç uşağı Alen-Fabyen, Anuşka, Entoni və iti Lubonun əhatəsində dinc şəkildə vəfat edib.
Telekanalın məlumatına görə, aktyor uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib, ona limfoma diaqnozu qoyulub.
Aktyorun ölüm səbəbi hələ də məlum deyil. 2019-cu ildə Alen Delon alzqeymer xəstəliyinə səbəb olan insult keçirdi. O, həmçinin xərçəng növü olan limfomadan əziyyət çəkirdi.
Aktyorun son ayları ciddi xəstəliklər və səs-küylü qalmaqalla yadda qalıb. Ulduzun dostu, tibb bacısı Hiromi Rollen Delonun üç övladını atalarını öldürməyə cəhddə ittiham edib. Onun sözlərinə görə, övladları aktyora lazım olan kimyaterapiyanı meyvə şirələri ilə əvəz etmək niyyətində olub.
Daha əvvəl sənətçinin İsveçrə klinikalarından birində evtanaziya yolu ilə ölməyə qəti qərar verdiyi bildirilib.