Fotosessiya
Fotosessiya

Alen Delonun 245 milyonluq mirası kimə qalacaq?

Alen Delonun 245 milyonluq mirası kimə qalacaq?

Bazar günü, avqustun 18-də məşhur fransız aktyoru Alen Delon 88 yaşında vəfat edib. 

OLAY yazır ki, əfsanəvi kino ulduzu ölümündən sonra yeni varislərin meydana çıxacağı ilə bağlı mətbuata müxtəlif məlumatlar sızıb.

60-80-ci illərin seks simvolu eşqbaz kimi tanınırdı, beş qadın onun daimi tərəfdaşları hesab olunur, lakin onların dəqiq sayını heç kim bilmir. 

Delonun rəsmi olaraq tanıdığı üç övladı var: ikinci həyat yoldaşı, aktrisa Natali Bartelemidən 59 yaşlı Entoni, həmçinin model Rozali Van Bremendən 34 yaşlı qızı Anuşka və 30 yaşlı oğlu Alen-Fabyen. Onun ötən il 62 yaşında vəfat edən tanınmamış oğul varisi Kristian Bulon da var idi. Aktrisanın övladı Nikonu daha çox soyadını verən mərhumun valideynləri böyüdüb.

2024-cü ilin yanvarında məhkəmə Delonun xəstəliyi səbəbi ilə evtanaziya ilə bağlı dilə gətirdiyi sözlərinə görə onu qismən bacarıqsız elan edib. Alen gücləndirilmiş qəyyumluğa verilib və əmlakına dair sərəncam vermək qadağan edilib. Bu hüququ məhkəmə tərəfindən təyin edilmiş, adı məlum olmayan bir nümayəndəyə həvalə edilib. Bu vəziyyət isə aktyorun uşaqlarını qəzəbləndirib.

Miras uğrunda mübarizə hələ 2006-cı ildə məşhur aktyorun yanında 60 yaşlı yapon tibb bacısı Hiromi Rollinin görünməsi ilə başlayıb. Delon ona o qədər aşiq olub ki, guya tərəflər evlilik haqqında danışmağa başlayıb. Nəticədə, uşaqlar onu məhkəmə yolu ilə işindən məhrum edib, atasının mülkündən qovub və aktyorun hesablarından külli miqdarda pulu mənimsəməkdə ittiham ediblər.

Rəqibindən (Hiromi Rolli – red.) qurtulan uşaqlar o vaxt sağ olan aktyorun mirasını bölüşdürməyə davam ediblər. Entoni bacısı Anuşkanı Aleni demensiya (yaddaş pozğunluğu xəstəliyi – red.) olduğunu gizlətməkdə ittiham edib. 

İddialara görə, o, bunu hələ 2019-cu ildə, aktyor insult keçirəndə bilib. Qızın özü isə qardaşlarının atasının müalicəsinə mane olduğunu iddia edib. Üstəlik, Anuşka aktyoru İsveçrəyə köçməyə razı salmağa çalışıb. Bunun səbəbi, Fransada altı aydan çox yaşayan ikili vətəndaşlığı olan şəxsin ölkənin sakini hesab edildiyini bildirən yerli qanunlardır. Bu o deməkdir ki, onun ölümündən sonra əmlakın 44%-i dövlətə keçəcək, lakin İsveçrədə qanunlar “daha yumşaqdır”.

Qeyd edək ki, Alen Delon xəyal etdiyi kimi 60 hektarlıq sevimli mülkündə vəfat edib. Onun sərvətinin ümumi dəyəri 245 milyon avro olaraq qiymətləndirilir. Son məlumatlara görə, aktyorun vəsiyyətnaməsində mirasın yarısının qızına, digər yarısının isə oğulları Entoni və Alen-Fabyen arasında bölüşdürülməsi göstərilir.