Əfsanəvi fransız aktyoru Alen Delon dünyasını dəyişib.
OLAY yazır ki, bu haqda “France - Presse” nəşri məlumat yayıb.
Kino ulduz 88 yaşında vəfat edib.
Xatırladaq ki, A.Delon bir neçə il əvvəl insult keçirib. Aktyor alzqeymer xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, 8 noyabr 1935-ci ildə dünyaya gələn Alen Delon 1960-70-ci illərin seks simvolu sayılır. Onlarla filmdə rol alan aktyor Avropanın ən önəmli aktyorlarından biridir.
2002-ci ildə ağır depressiya keçirən sənətçi intihara cəhd etsə də, onun istəyi baş tutmayıb. Ötən aylarda isə evtanizasiya istəyi ilə gündəmə gəlib.
Onu da bildirək ki, evtanizasiya – bir canlının həyatının dayanılmayacaq qədər ağır olması səbəbilə, ağrısız və ya çox az ağrı ilə ölümcül inyeksiya edərək, yüksək dozada dərman verərək, yaxud həmin şəxsi həyata bağlayan aparatdan ayıraraq vəfat etməsinə dəstək verməkdir.