Fransız aktyoru Alen Delonun övladları atalarının baxıcısı Hiromi Rolland adlı yapon qadını məhkəməyə veriblər.
OLAY yazır ki, A.Delonun övladları qadını aktyorun səhhətində yaranan problemlərə görə zəifliyindən sui-istifadə etməkdə və onların ünsiyyətinə mane olmaqda ittiham ediblər.
Alen Delonun övladları onun mənəvi təzyiqindən, aktyorun yazışmalarını mənimsəməsindən şikayətləniblər.
Mətbuata açıqlamada bildirilib ki, Hiromi manipulyasiya və təhdidlər yolu ilə Alen Delonu ailə və dostlarından təcrid etməyə çalışır.
O, sistematik olaraq onun telefon zənglərinə və şəxsi mesajlarına nəzarət edir, onun yerinə cavab verir və özünü onun kimi təqdim edir. Ona baş çəkmək istəyən uşaqlarını ruhdan salır.