Fotosessiya
Fotosessiya

Britni Spirsin keçmiş ərindən yarıçılpaq fotolar

Britni Spirsin keçmiş ərindən yarıçılpaq fotolar

Dünya pop səhnəsinin ulduzu Britni Spirsdən boşanan iran əsilli model və fitnes məşqçi Sem Asgari yeni fotosessiyası ilə gündəmə gəlib.

OLAY yazır ki, məşhur markanın alt – paltarının reklamı üçün Sem yarıçılpaq halda at fermasında obyektiv qarşısına keçib. Asgari sözügedən layihədə fit və ideal bədən quruluşunu nümayiş etdirib.

Sosial şəbəkə hesabında sözügedən açıq-saçıq şəkillərini paylaşan Sem “Hər şey sizə qarşı gedirmiş kimi görünəndə, təyyarənin küləyə qarşı havaya qalxdığını unutmayın” şərhini yazıb.

Qeyd edək ki, Britni Spirs və Sem Asgarinin boşanması avqustun 17-də məlum olub. İddialara görə, buna səbəb Spirsin Kaliforniyadakı evlərində ev işçilərindən biri ilə ərini aldatması olub.

Bundan əlavə, insayderlərin sözlərinə görə, “kövrək və hiperseksuallaşmış vəziyyətdə” olan müğənni bir işçidən onu çılpaq şəkildə lentə almağı xahiş edib. Sem Asgari və Britni Spirs 2016-cı ildən görüşür və ötən ilin iyununda evləniblər. 

Rəşad Əliyev