Fotosessiya
Fotosessiya

Aygün üçün bağ saldılar

Aygün üçün bağ saldılar

Xalq artisti Aygün Kazımovanın fanatları onun doğum günü üçün “50+1” adlı aksiya təşkil ediblər.

OLAY yazır ki, Kazımovanın sevənləri ağac əkərək “Aygün bağı” salıblar. Müğənninin özü də bu aksiyada iştirak edib.

Həmin anların fotolarını instaqramda paylaşan sənətçi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin könüllülərinə, fanatlarına və əməyi keçən hər kəsə təşəkkür edib.