Havaların kəskin soyuması ilə paltar seçimində ən vacib şey təbii ki, onun isti olub-olmamasıdır. Eyni zamanda etiraf etmək lazımdır ki, çox vaxt onun zövqlü görünməyinə az diqqət yetirilir. Çünki geyinəcəyiniz istənilən palto yaratdığınız kombinasiyanı tamamilə örtmək gücünə malikdir.
Bəs, soyuq havada zəriflikdən imtina etmək lazımdırmı? Cavab bəllidir, xeyr!
Burada diqqət etməli olduğunuz ilk şey palto seçiminiz olmalıdır. Yəni klassik model əvəzinə bu ilin trendlərindən olan plaş formalı modeli seçə və ya açıq rəngli xəz görünüşlü paltoya şans verə bilərsiniz.
Başqa bir vacib detal, həm sizi isitəcək, həm də dəb zövqünüzü üzə çıxaracaq aksesuar seçimidir. Təsəvvür etdiyiniz kimi, burada papaqlar və əlcəklər önə çıxır. Üstəlik, rəng və naxış baxımından boş yer təklif etməklə, geyimlərdə tez-tez görünməyən cəsarəti bu şəkildə üzə çıxarmaq olar.
Zərifliyinizi növbəti mərhələyə daşıyacaq son detal zinət əşyalarınız olacaq. Diqqət çəkən boyunbağı, sırğa və ya üzüklərə üstünlük verirsinizsə, bütün gözləri üzərlərində toplayaraq sadə bir görünüş yaratsanız belə, iddialı olmağa davam edə bilərsiniz.
OLAY.az