Dünən dünyasını dəyişən ustad türk aktrisası Fatma Girik üçün keçirilməsi nəzərdə tutulan anım mərasimləri təxirə salınıb.
OLAY yazır ki, bu barədə İstanbul Şişli bələdiyyəsi məlumat yayıb. Qeyd olunub ki, buna səbəb İstanbulda hökm sürən əlverişsiz hava şəraitidir.
Bildirilib ki, yeni tarix barədə tezliklə ictimaiyyətə məlumat veriləcək.