Olay
Olay

“Güldüyümüz günlər üçün darıxacam” - Türkan Şoray

“Güldüyümüz günlər üçün darıxacam” - Türkan Şoray

Türkiyənin “Sultan” ləqəbli ustad aktrisası, “Yeşilçam” ulduzu Türkan Şoray bu gün dünyasını dəyişən Fatma Girikdən yazıb.

OLAY yazır ki, sənətçi instaqram hesabında mərhum dostu ilə bağlı paylaşım edib. Giriklə birgə fotosunu yayan Türkan çox kədərli olduğunu bildirib:

“Dünya gözəli, mavi gözlərinlə şən-şən baxardın. Mənim canım dostum, sənin üçün çox darıxacağam. Birlikdə olduğumuz, güldüyümüz günləri özləyəcəyəm. Kino yolunda sevinclərimizlə, üzüntülərimizlə birlikdə müqəddərat dostu idik.

Səni sevən milyonlar çox darıxacaq. Türk kinosundakı yerin dolmayacaq. Hiss etdiyim dərin ağrını ifadə etməyim çətindir. Sonsuzadək ürəyimdəsən”.