Türkiyəli məşhur aktrisa Fatma Girik vəfat edib.
OLAY yazır ki, sənətçi İstanbulda xəstəxanaların birində dünyasını dəyişib. Beynində su toplanan aktrisa 79 yaşında idi.
Qeyd edək ki, 12 dekabr 1942-ci ildə İstanbulda dünyaya gələn Fatma Girik 1957-ci ildə ilk baş rolu olan “Leke” filmində oynayıb.
Bir neçə uğursuz ekran işlərində yer alsa da, ona ən çox uğur gətirən “Ölüm peşimizde” adlı film olub.
“Yeşilçam”da 180-dən çox filmdə oynayan aktrisa 1989-1994-cü illərdə İstanbulda Şişli bələdiyyə rəisi kimi də çalışıb.
Aktrisa rejissor Memduh Ünlə 1969-cu ildən bəri eşq yaşayıb. Memduh Ün evli olduğu həyat yoldaşından ayrılsa da, heç vaxt rəsmi şəkildə boşanmayıb. O, 2015-ci ildə vəfat edib. Fatma Girik isə heç vaxt evlənməyib, övladı yoxdur.