İncəsənət
İncəsənət

“Sevdiyini itirdikdən sonra Fatma da solmuşdu”

“Sevdiyini itirdikdən sonra Fatma da solmuşdu”

Aktrisa Hülya Koçyiğit sənət dostu Fatma Girikin vəfatından danışıb.

OLAY yazır ki, NTV-nin canlı yayımına qoşulan sənətçi çox kədərli olduğunu və hələ də Girikin ölümünə inana bilmədiyini söyləyib:

“Həyatda ən sevdiyi insanı itirdikdən bəri Fatma da solmuşdu. Bir gün mənə “Memduh (rejissor Memduh Ün- red) getdi, hər şey bitti, mən də getmək istəyirəm“ demişdi. Amma gözləri parıltılı, işıltılı idi”.

Koçyiğit instaqram paylaşımında isə üzüntüsünü belə dilə gətirib:

“Mavi gözlərinlə hamımıza enerji, xoşbəxtlik verən, böyük ürəkli, canım dostum. İnanmaq istəmirəm. Fatmam, səni ziyarət edəndə nə planlar qurduq. Bəs hamısını reallaşdıracaqdıq? Belə olmadı, ürəyim çox yanır. Türk kinosu ən önəmli aktyorlarından birini, mən isə öz bacımı itirdim. Bu dünyadan bir Fatma Girik keçdi... Ruhun şad olsun, Fatmam, gözəl ürəklim”.

Memduh Ün və Fatma Girik