Fotosessiya
Fotosessiya

Həbs olunacağı deyilən Ahmet evlənir

Həbs olunacağı deyilən Ahmet evlənir

Tanınmış aktyor Ahmet Kural iki ildir sevgili olduğu Çağla Gizem Çelik ilə evlənməyə hazırlaşır.

OLAY yazır ki, cütlük aprel ayında nikah bağlayacaq. Bu ilin iyununda isə İstanbulda toyları baş tutacaq.

Qeyd edək ki, Kural müğənni Sıladan qalmaqallı şəkildə ayrılmışdı.

Sıla aktoyurun ona fiziki şiddət göstərdiyini iddia edərək onu məhkəməyə vermişdi. Yaxın günlərdə isə məhkəmə Sılanı haqlı görmüş və Kural üçün 1 il 4 ay həbs cəzası dəqiqləşdirmişdi.

Kuralın vəkili açıqlama yayaraq müvəkkilinin həbs olunmayacağını söyləmişdi.