Moda dünyasının ən məşhur və nüfuzlu şəxslərindən biri Andre Leon Telli 73 yaşında Nyu-Yorkda vəfat edib.
OLAY yazır ki, “American Vogue” jurnalının keçmiş yaradıcı redaktorunun ölümü barədə “The Hollywood Reporter” xəbər yayıb.
Qeyd edək ki, Andre Leon Telli karyerasına 1970-ci illərdə media müxbiri kimi başlayıb. Məhz onun təqdimatı ilə bir çox dizaynerlər öz moda nümayişlərində qaradərili modellərdən istifadə etməyə başlayıblar.
2008-ci ildə o, Amerikanın gələcək birinci xanımına moda mövzusunda məsləhətlər verib, həmçinin Mişel Obamanı dizayner Ceyson Vu ilə tanış edib.
2010-cu ilin martından 2011-ci ilin dekabrına qədər Telli "America's Next Top Model" (14-17-ci mövsümlər) üzrə münsif olub. 2013-cü ildən 2014-cü ilə qədər o, “Numéro Russia” jurnalının baş redaktoru vəzifəsində çalışıb. 2017-ci ilin aprel ayından Telli öz moda nümayişinə ev sahibliyi edib.