Ötən il “YouTube”də ən çox pul qazanan istifadəçilərin siyahısı açıqlanıb.

OLAY yazır ki, onların sırasında paylaşdığı videolarla son zamanlara damğa vuran simalar da var. Onlar ümumilikdə “YouTube”dən 300 milyon dollar gəlir əldə ediblər. Bu da əvvəlki illərə nisbətən 40 faiz artım deməkdir.

Siyahıda ilk sırada təşkil etdiyi "Suqid Game" turu ilə populyarlaşan MrBeast yer alır. O, 54 milyon dollar gəlir əldə edərək rəqiblərini geridə qoyub.

Yutubdan ən çox onlar qazandı

İkinci yerin sahibi isə MMA döyüşçüləri ilə qarşı-qarşıya gələn Jake Pauldur. O, 45 milyon dollar qazanıb.

Yutubdan ən çox onlar qazandı

Üçüncü sırada video-oyunlar hazırlayan Markiplier yer alır. Onun gəliri 38 milyon dollardır.

Yutubdan ən çox onlar qazandı

Dördüncü yerdə bir çox fərqli verilişlərlə çıxış edən Rhett və Linkdir. Onlar ötən il 30 milyon dollar qazanıblar.

Yutubdan ən çox onlar qazandı

Beşinci yerdə isə müxtəlif oyunlar oynadığı videoları paylaşan Unspeakabledir. Onun “YouTube” sərvəti 28, 5 milyon dollardır.

Yutubdan ən çox onlar qazandı

Siyahının altıncısı 7 yaşındakı Nastyadır. 40 milyondan çox izləyicisi olan balaca 28 milyon dollar qazanıb.

Yutubdan ən çox onlar qazandı

Dörd yaşından bəri “YouTube”də paylaşımlar edən və indi 10 yaşında olan Ryan da ötən ilin qazanclılarındandır. O, 2021-də 27 milyon dollar gəlir əldə edib.

Yutubdan ən çox onlar qazandı

 

Bir çox atraksiyon dolu paylaşımlar edən Dude Perfect kanalı 20 milyon dollarla 8-ci sırada qərarlaşıb.

Yutubdan ən çox onlar qazandı

Qardaşı Jake kimi Logan Paul da yutubun tanınan simlarındandır Onun ötən il üzrə gəliri 18 milyon dollardır.

Yutubdan ən çox onlar qazandı

“Minecraft” kimi video oyunlar oynayan bir çox kanalı idarə edən Preston Arsement 10-cu yerin sahibidir. Onu qazancı 16 milyondur.

Yutubdan ən çox onlar qazandı