Türkiyənin tanınmış komediya aktyoru Enis Arıkan rol aldığı “Benden ne olur?” filminin qala gecəsindəki geyimi ilə diqqət çəkib.
OLAY yazır ki, onun premyerada istifadə etdiyi qeyri-adi geyim barədə moda yazarları da rəy verib.
“Hüriyyet” qəzetində məqalələri dərc edilən dəb tənqidçisi Hande Can aktyorun qala üçün seçdiyi “look”u dəyərləndirib.
H. Can qeyd edib ki, Enisin libası qafqazlıları xatırladıb: “Tezliklə Qafqaz xalq rəqslərində çıxış edəcək Enis Arıkanla qarşı-qarşıyayıq. Zarafat bir yana, kişilər klassik naxışlardan sıxılanda nə etməlidir? Təbii ki, onlar öz bəxtlərini müxtəlif naxışlarda sınayacaqlar. Ancaq kəmərin bir hissəsi olan çanta olmasaydı, daha yaxşı olardı.
Cəsarətli geyinənləri bəyənirəm. Burada da Enisi cəsarətinə görə təbrik etmək lazımdır. O, sadəcə olaraq bu iki mövsüm ərzində gördüyümüz “Prada”lardan bezib”.