WOW
WOW

Aktrisanı Tamer Karadağlıya görə fitə basdılar

Aktrisanı Tamer Karadağlıya görə fitə basdılar

Aktyor Tamer Karadağlıya görə “Afife” mükafat gecəsində qalmaqal yaşanıb.

OLAY yazır ki, tədbirdə “Ən yaxşı qadın aktrisa” mükafatına layiq görülən aktrisa Sükun Işıtan öz çıxışında Dövlət Teatr Direktoru Tamer Karadağlıya təşəkkür edib. Bundan sonra salonda əyləşən qonaqların böyük bir qismi onu fitə basıb və zalı tərk ediblər.

Buna səbəb olaraq Tamer Karadağlının Haccetepe Universitetinin teatr bölməsində illərdir dərs keçən 12 müəllimi ona müxalif olmaları səbəbi ilə işdən çıxarması göstərilir.