Bir neçə gündür Parisə tətilə yollanan, daha sonra isə Vyanada istirahətini davam etdirən İTV-nin aparıcısı Nərmin Knyaz və bloger Aynişan Quliyevanın başına iş gəlib.
OLAY yazır ki, rəfiqələrdən birinin – Nərmin Knyazın koronavirus testinin cavabı pozitiv çıxıb. Bu barədə onlar sosial media hesablarında məlumat veriblər.
İkinci testin cavabını gözləyən rəfiqələr karantinə alınıb. Hotel əməkdaşları onlara otaqlarından çıxmamaqlarını tapşırıb. Qaydanı pozduğunu bildirən Aynişan hotel işçilərinin onu otaqdan kənarda görüb qaçdıqlarını söyləyib.
Qeyd edək ki, Nərmin Knyaz İctimai kanalda yayımlanan “Bir şəhər və 24 saat”, “Tərzi məkan” layihələrinin müəllifidir.