“Sen çal kapımı” serialında eşq yaşamağa başlayan Hande Erçel və Kerem Bürsinin ayrıldığı iddia edilib.
OLAY yazır ki, cütlüyün yaxınlarından verilən məlumata görə, onlar ötən günlərdə münasibətlərinə son verib.
Lakin sevgililər ayrıldıqlarını hələ ki açıqlamır. Buna səbəb isə Handenin hazırda zərgərlik brendlərindən birinin siması seçilməsi və onunla bağlı yayımlanan reklamlardır.
Ötən gün görüntülənən Hande isə ayrılmaqları barədə iddianı təkzib edib.