Müğənni Nadir Qafarzadənin oğlu Loğmanın toyunda xeyli sayda məşhur sima iştirak edib.

OLAY yazır ki, gecədə ən çox gözə çarpan xanımların geyimi olub. Onların ən çox qara rəngə üstünlük verməsi diqqət çəkib.

Əkizlər Sevil və Sevinc qara məxməri libaslarını gümüşü sırğalarla tamamlayıb.

Toyda kim necə görünürdü? - Ən çox qaranı seçdilər

Rəqqasə Fatimə Fətəliyeva da qara parıltılı geyim seçsə də, aksessuar seçimində qızılı rəngə üstünlük verib. O, kombinasiyasını qızılı klatç, üzüklər və sırğa ilə yekunlaşdırıb.

Toyda kim necə görünürdü? - Ən çox qaranı seçdilər

Əməkdar artist Manana Caparidze isə həmkarlarından fərqli olaraq toya parıltılı tulum geyinməyi seçib. Müğənni Gülay Zeynallı da qara rəngə üstünlük verənlər sırasındadır. “Kim haradan geyinir” səhifəsi bildirib ki, onun donu “SELF-PORTRAIT”ə, ayaqqabısı isə “Jimmy Choo” brendinə məxsusdur.

Toyda kim necə görünürdü? - Ən çox qaranı seçdilər

Daha bir brend libasla gecəyə qatılan şəxs isə Xalq artisti Röya Ayxandır. Sənətçi “Christopher Esber”ə məxsus açıq yaşıl rəngli geyimini qızılı boyunbağı ilə tamamlayıb.

Toyda kim necə görünürdü? - Ən çox qaranı seçdilər

Xatirə İslam isə məclisə qara şifon donla qatılmağa üstünlük verib.

Toyda kim necə görünürdü? - Ən çox qaranı seçdilər

Müğənnilər Günay İbrahimli, Roza Zərgərli Ayan Babakişiyeva ağ libasla gecəyə qatılıblar. Ayan “Berta”dan olan uzun yarıqlı libasa, “Amina Muad”dan gümüşü ayaqqabıya üstünlük versə də, Günay uzun donunu ağ pencəklə tamamlamağı seçib.

Toyda kim necə görünürdü? - Ən çox qaranı seçdilər

Roza Zərgərli isə gecəyə parıltılı uzun libasla qatılıb.

Toyda kim necə görünürdü? - Ən çox qaranı seçdilər

Vizajist Nigar İbrahimova məclisə bol kəsimli qara donla gəlib. O, “over size” libasını gümüşü klatçla kombinə edib. Nazənin SalayevaNazilə Səfərlinin oxşar rəngli geyimləri və üzərindəki parıltılı detallar diqqətdən yayınmayıb.

Toyda kim necə görünürdü? - Ən çox qaranı seçdilər

Aşıq Samirə və aparıcı Lamiyyə Ələkbərova qırmızı rəngə üstünlük veriblər.

Toyda kim necə görünürdü? - Ən çox qaranı seçdilər

Müğənni Nura Suri də həmkarlarının çoxu kimi qara libas seçib.

Toyda kim necə görünürdü? - Ən çox qaranı seçdilər

Aparıcı Günay Baxşəliyeva isə “leopard” tərzindəki geyimi ilə diqqət çəkib.

Toyda kim necə görünürdü? - Ən çox qaranı seçdilər

Xalq artisti Məleykə Əsədova ilə Əməkdar artist Nüşabə Ələsgərli də eyni rəngdə geyim seçiblər. Onlarla bir əyləşən Təranə Qumral isə boz və parıltılı libası ilə tandemi pozub.

Toyda kim necə görünürdü? - Ən çox qaranı seçdilər

Şəbnəm Tovuzlu da toya qara libasla qatılmağı seçib.

Toyda kim necə görünürdü? - Ən çox qaranı seçdilər