Fotosessiya
Fotosessiya

Həyat yoldaşına xəyanətini belə açıqlayıb

Həyat yoldaşına xəyanətini belə açıqlayıb

Arnold Şvarzenegger həyat yoldaşına sədaqətsizlini necə etiraf etməsi barədə danışıb.

OLAY yazır ki, sənətçi bu barədə “Arnold” adlı sənədli filmdə söz açıb. 1997-ci ildə evlərinin xidmətçisi Mildred Baena ilə münasibət yaşayan aktyorun ondan Jozef Baena adlı övladı doğulub.

2011-ci ildə həyat yoldaşına ilk etirafından bəhs edən Arnold “Ürəyimin dayandığını hiss etdim. Sonra isə gerçəyi söylədim. Maria, Jozef mənim oğlumdur”, - deyə, söyləyib.

“Başlanğıcda həqiqətən bilmirdim, amma Jozef böyüdükcə mənim üçün daha da dəqiqləşdi”, - sözlərini deyib.

Qeyd edək ki, Şrayverlə 1986-cı ildə evlənən Arnoldun 25 il çəkən evliliyindən 4 övladı dünyaya gəlib.

Yaşadığı münasibətlə bağlı peşmanlığını dilə gətirən aktyor “Etdiyim xətaya görə ailəmə yetərincə kədər yaşatdım. Hamı əzab çəkmək məcburiyyətində qaldı. Həyatımın geri qalanında bununla yaşamağa məcburam” ifadələrindən istifadə edib.

Münasibətin ortaya çıxmağından sonra Mildred 2011-ci ildə işdən ayrılıb. Eynu il Arnold və Maria boşanma qərarı verib və cütlük rəsmi olaraq ayrılıb.