Fotosessiya
Fotosessiya

Rihanna təkrarolunmaz tərzi ilə Met Gala-da

Rihanna təkrarolunmaz tərzi ilə Met Gala-da

Rihannanın təkrarolunmaz hamiləlik tərzi modanın ən böyük gecəsinə damğa vurub.

OLAY yazır ki, sevgilisi reper Eysəp Rakiylə tədbirə gec qatılan RiRi Karl Lagerfeldin xatirəsinə təyin olunmuş dress-koda uyğunlaşıblar.

Partiyə gələrkən “Fendi”nin 1997-ci il payız/qış kolleksiyasından olan kürklə zərifliyini nümayiş etdirən Rihanna ağ rəngli, üzərində fərqli toxunuşlar olar, ucu şiş ayaqqabı seçib. Qismən böyük sırğa və “Bulgari”nin zinət əşyaları ilə gecəyə daxil olub.

O, daha sonra paltarını dəyişib. “Metropolitan Museum of Art”a uzun quyruğu olan ağ “Maison Valentino” əlbisə ilə qatılan RiRi fərqli baş örtüyü və parçadan güllərlə əhatələnmiş görüntüsü ilə bərq vurub.

O, kombinasiyasını, kirpikli eynək və ağ uzun barmaqsız əlcəklərlə tamamlayıb.

Eysəp isə qara pencək, qara qalstuk, bəyaz köynək, “oversize” cins şalvarın üzərindən qat-qat kiltdən ibarət “Gucci” ətəyi geyinib ( Libas Lagerfeldin 2004-cü ildəki bir görüntüsünə mesaj ötürür – red.).