Fotosessiya
Fotosessiya

Dua Lipa model sevgilisindən ayrıldı

Dua Lipa model sevgilisindən ayrıldı

Dünyaca məşhur müğənni Dua Lipa ilə model Anwar Hadid ayrılıb. 

OLAY yazır ki, iki ildir birlikdə olan cütlüyün daha görüşmədiyi öyrənilib. Buna səbəb kimi, onların karyeraları ilə məşğul olmaq istədikləri göstərilib.

Bildirilib ki, Dua London və Los-Ancelesdə albom hazırlıqlarına davam edir, Hadid isə Nyu-Yorkda qalır.

Onların yaxın ətrafı hər ikisinin də münasibətlərinə ara vermək istədiyini söyləyib. Cütlük mövzu ilə bağlı açıqlama verməyib.

Lakin Hadid instaqramda “Mənə yol göstərdikləri və özümlə xoşbəxt olmağı öyrətdikləri üçün sevdiklərimə minnətdaram”,- qeydini yazıb.