Dünən “Azerbaijan Fashion Week” – Azərbaycan Moda həftəsinin mövsüm nümayişininin ikinci- son günü baş tutub.
OLAY yazır ki, sonuncu dəfə 2019-cu ilin noyabrında keçirilən mərasimdə Azərbaycan və Qazaxıstandan olan dizaynerlərin əl işləri təqdim olunub.
Onlar Nara Eyvazova, Utopia, Mario Russo, Khanim (Kazakhstan), Giedidir.
Bildirək ki, Azərbaycan Moda Həftəsinin builki şüarı “Qayıdış/The return”dür. Yubiley nümayişinin rəmzi isə Qarabağ ərazisində bitən endemik gül - Xarı Bülbüldür.
Qeyd edək ki, 2015-ci ilin mayında “Azerbaijan Fashion Week” ilk mövsüm nümayişini keçirib və bununla ölkədə Dəb Həftələrinin əsasını qoyub.
Fotolar: Nuran Məmmədov