“Qulağıma çatır, deyirsiniz ki, koronaya yoluxmuşam. Narahat olmayın, yoluxsam belə gizlətmərəm”.
OLAY yazır ki, bu sözləri tanınmış rəqqasə Rəna Ağamuradova (Renka) deyib. O, instaqramda COVID-19 testinin cavabını paylaşaraq bu sözləri yazıb:
“Ona görə sevinməyin. Demək istəyirəm ki, COVID-dən də qorxulu xəstəliklər var. Yapışmısınız tək bu virusdan. Məndən narahat olanlar, çox sağ olun ki, yanımdasınız, dəstək nümayiş etdirirsiniz. Arxamca danışanlara demək istəyirəm ki, hərdən öz həyatınıza baxın, sonra başqasının qeybətini edin”.