Türkiyəli müğənni Mahsun Kırmızıgül 16 il sonra yeni albomunu təqdim etməyə hazırlaşır.
OLAY yazır ki, sənətçi bu səbəblə Nihat Odabaşının kamerasının qarşısına keçib. Bir-birindən fərqli pozlar verən müğənni albomun üz qabığını seçmək üçün izləyicilərindən yardım istəyib.
Qeyd edək ki, sənətçinin yeni albomu Yeni il gecəsi “Show” TV-də təqdim olunacaq.
M.Kırmızıgül buna görə kanaldan 5 milyon lirə qonorar alacaq.