Fotosessiya
Fotosessiya

Azərbaycan Moda Həftəsi iki ildən sonra yenidən keçiriləcək

Azərbaycan Moda Həftəsi iki ildən sonra yenidən keçiriləcək

2 və 3 dekabrda iki il fasilədən sonra “Azerbaijan Fashion Week” – Azərbaycan Moda həftəsinin mövsüm nümayişi keçiriləcək.

OLAY yazır ki, sonuncu dəfə 2019-cu ilin noyabrında keçirilən mərasimə pandemiya səbəbilə iki ildir fasilə verilmişdi.

Azərbaycan Moda Həftəsinin builki şüarı “Qayıdış/The return”dür. Yubiley nümayişinin rəmzi isə Qarabağ ərazisində bitən endemik gül - Xarı Bülbüldür.

“Fakhriya Khalafova”, “Amelie”, “Nubi”, “Lora Atelier”, “Mario Russo”, “Nara Eyvazova”, “K.Fabuel”, “Libas”, “Giedi”, “Alex Chzhen” (Qazaxıstan), “Hanym” (Qazaxıstan), “Volskaya Atelier” (Qazaxıstan) kimi Azərbaycanın, Qazaxıstanın moda evləri, dizaynerlər və digəriləri artıq Azərbaycanın Moda Həftəsində iştiraklarını təsdiqləyib. 

Qeyd edək ki, 2015-ci ilin mayında “Azerbaijan Fashion Week” ilk mövsüm nümayişini keçirib və bununla ölkədə Dəb Həftələrinin əsasını qoyub.