Fotosessiya
Fotosessiya

“Bu qorxulu anları sizinlə bərabər yaşadıq”

“Bu qorxulu anları sizinlə bərabər yaşadıq”

Xalq artisti Firəngiz Mütəllimova da qardaş ölkədəki təbii fəlakətdən yazıb. 

OLAY yazır ki, sənətçi zəlzələdə zərərçəkən vətəndaşların fotolarını paylaşaraq bu sözləri qeyd edib:

“Zəlzələdə həlak olanlara Allah rəhmət eləsin. Yaralılara şəfa versin. Sağ qalıb ömrü boyu bu dəhşəti unuda bilməyənlərin ürəyinə təskinlik versin. Bu qorxulu anları sizinlə bərabər yaşadıq, dualar oxuduq. Hər qaranlıq, zülmət gecənin bir aydın sabahı olur. Keçmiş olsun Türkiyəm”.