ATV-də yayımlanan “Yuxu kimi” serialı üçüncü mövsümünə start verib.
OLAY yazır ki, baş rolunda aktyor İbrahim Çingizin oynadığı ekran işinə onun həyat yoldaşı, aktrisa Aydan Axundzadə də daxil olub.
Serialda 52-ci bölümdə görünən aktrisanın obrazı hələ ki qeyri-müəyyən saxlanılıb.
Qeyd edək ki, İbrahim Çingizlə Aydan Axundzadə bu ilin avqustunda evləniblər.