TV 8-in sevilən proqramı“O ses Türkiye”nin Yeni il buraxılışında kimlərin münsif olacağı bəlli olub.
OLAY yazır ki, jüri kürsüsündə Ebru Gündeş, Murat Boz, Yıldız Tilbe və Seda Sayan yer alacaq.
Son dəyişikliyə əsasən, Murat Beyazıt Öztürkün yerinə gəlir.
İzləyicilərin gözü isə Hadiseni axtarıb. Türk mediasında yer alan iddiaya görə, Acun Hadiseylə Ebru arasında yaşanan qalmaqal səbəbindən onlar arasında seçim edərək, Hadisedən imtina edib.
Veriliş 31 dekabr günü yayımlanacaq.