Mayın 15-də Cənubi Koreyada İtaliyanın “Gucci” brendinin şousu keçiriləcək.
OLAY yazır ki, bu barədə “WWD” nəşri yazıb.
Moda evi 2024-cü ildə kruiz kolleksiyasının nümayişi keçirəcəyini açıqlayıb. Dəqiq yer daha sonra açıqlanacaq. Şou Gucci-nin Cənubi Koreyada 25 illik yubileyi şərəfinə təşkil olunacaq. 1998-ci ildə brend Seulda ilk flaqmanını açıb.