Ötən gün Star TV-də başlayan “Çöp adam” serialı ilk bölümü ilə səs-küy yaradıb.
OLAY yazır ki, ekran işində yer alan hamam səhnəsi gündəm olub. Belə ki, kadrlarda saç qurutma feninin suya düşməsi nəticəsində cakuzidə ölən çılpaq qadınla kişi əks olunub.
Bu isə izləyicilərin sərt reaksiyasına səbəb olub. Onlar bu səhnəni yersiz hesab edərək serialı tənqid edib.
Qeyd edək ki, layihənin baş rollarını Engin Altan Düzyatan və Elçin Sanqu canlandırır.