Fotosessiya
Fotosessiya

Sahib olduğu son evi də satdı - Fotolar

Sahib olduğu son evi də satdı - Fotolar

Amerikalı iş adamı, “SpaceX”, “Tesla” və “Neuralnik” şirkətlərinin icraçı direktoru olan İlon Mask bir ay əvvəl satışa çıxardığı son evinə də alıcı tapıb. 

OLAY yazır ki, 2020-ci ilin may ayında bütün əmlakını satışa çıxacağını açıqlayan İlon sonuncu mənzilini müəyyən şərtlərlə bazarlayıb.

O bildirib ki, əgər alıcı şərtlərə əməl etməsə, satışdan geri dönə bilər.  Həm də iş adamı evi almaq istəyənlərin vasitəçilərlə deyil, birbaşa özü ilə əlaqə saxlamalarını tələb edib.

Lakin alıcılar aylarla İlonla əlaqə saxlaya bilmədikləri üçün ev satılmayıb. 

Maskın evi 16 min kvadratmetrdir və 10 yataq otağı var. O sözügedən malikanəni 2017-ci ildə 23,3 milyon dollara alıb. 
Hazırda isə ev 31,99 milyon dollar dəyərindədir.