Türkiyənin tanınmış aktrisası Oya Başar “2.sayfa” proqramında qonaq olarkən xərçəng xəstəliyindən əziyyət çəkdiyi günlərdən danışıb.
OLAY yazır ki, o, keçmiş həyat yoldaşı, mərhum aktyor Levent Kırcanın həmin dönəmdə onu tanımadığını söyləyib:
“Yeni əməliyyat olunmuşdum. Saçlarım tökülüb, üzüm pis gündə idi. Levent gəldi, otağın qapısını açdı, sonra bağlayıb geri qayıtdı. Necə tanınmaz halda idimsə, məni tanımadı. Sonra gedib xəstəxana işçilərindən soruşub ki, Oya Başarın otağı hansıdır. Onlar da göstəriblər. Bunun ardınca yenidən gəldi. Soruşdu ki, necəsən? Yaxşıyam, dedim. Əlimdən tutdu, getdi. O halıma baxmağa dözə bilmədi”.
Qeyd edək ki, L.Kırca 2015-ci ildə vəfat edib.