Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo doğulduğu zaman tələf olan oğlunun küllərini evində saxlayır.
OLAY yazır ki, bu barədə o, özü açıqlama yayıb. Sənətçi bunun səbəbindən də söz açıb:
“Onun külləri mənimlədir, atamın da... Bəli, onları ömür boyu saxlamaq, okeana, dənizə atmamaq istəyirəm. Atam və oğlumu saxladığım kiçik bir məbədim var. Hər dəfə onlarla danışanda yanımda olurlar. Bilirsiniz, onlar mənə daha yaxşı insan, daha yaxşı ata olmağa kömək etdilər”.
Qeyd edək ki, Ronaldo sevgilisi Corcina Rodriqezdən əkiz övladı olmalı idi. Lakin onun uşaqlarından yalnız biri, qızı sağ qalıb.
Onu da xatırladaq ki, ulduz futbolçunun 5 uşağı var.