Film / Serial
Film / Serial

Van Damm ekranlara qayıdır

Van Damm ekranlara qayıdır

Dünyaca məşhur amerikan aktyor Jan-Klod Van Damm “Silent Kill” döyüş filmində rol alacaq. 

OLAY yazır ki, layihənin ssenari müəllifi və rejissoru “Hellraiser 3: Hell on Earth” işi ilə tanınan Entoni Hikoksdur. 

Film Konqoda xəzinələri gizlədən dörd muzdludan bəhs edir. 

Ekran işində  Vernon Davis, Rafael Amaya və Madalina Ghenea da çəkiləcək.

Jan-Klod Van Damm da Horam Moreka ilə birlikdə prodüser kimi fəaliyyət göstərəcək. Əsas çəkilişlər 2023-cü ilin əvvəlində başlayacaq.