Film / Serial
Film / Serial

“Çukur” azərbaycanca yayımlanacaq

“Çukur” azərbaycanca yayımlanacaq

“Azad Azərbaycan” telekanalı yeni sezonda tamaşaçıların qarşısına türk serialı ilə çıxacaq.

OLAY-ın əldə etdiyi məlumata görə, kanalda sentyabrdan etibarən dünyaca məşhur ekran işi “Çukur” yayımlanacaq.

Aras Bulut İynemli, Dilan Çiçek Deniz, Perihan Savaş, Ercan Kesal, Erkan Kolçak Köstendil, Kubilay Aka və başqalarının baş rolunda olduğu serial Azərbaycan dilində efirdə olacaq.

Layihəni səsləndirənlərdən biri də Əməkdar artist Hüsniyyə Mürvətovadır.