Karyerasında demək olar ki, on illik fasilə verən dünyaca məşhur aktrisa Kameron Dias ekranlara qayıdır.
OLAY yazır ki, o, çox yaxında yeni layihənin çəkilişlərinə başlayacaq. Son illərdə Dias praktiki olaraq ictimaiyyətə görünmür, az müsahibə verir, tədbirlərə getmir, özünü qızının həyatına və tərbiyəsinə tamamilə həsr edib.
Lakin aktrisa sükutu pozmaq qərarına gəlib və onu “Netflix” platforması razı sala bilib.
Kemeronun hansı rola sahib olduğu hələ məlum deyil.