Film / Serial
Film / Serial

Barışın sevgilisini Aslı yox, o canlandıracaq

Barışın sevgilisini Aslı yox, o canlandıracaq

Bir müddət əvvəl mərhum müğənni Barış Akarsunun filmindən ayrılan Aslı Bekiroğlunun yerinə aktrisa tapılıb.

OLAY yazır ki, ekran işində Akarsunun özü ilə eyni qəzada vəfat edən sevgilisi Zeynep Koçakı Almila Ada canlandıracaq.

Bu dəyişiklik isə sosial media istifadəçiləri tərəfindən müzakirə olunub. Onların bir hissəsi Almilanın Zeyneplə bənzərliyinin olmadığını düşünüb.

Qeyd edək ki, bir neçə gün əvvəl Aslı Barış Akarsu ilə bağlı açıqlama verərkən gülməsi tənqid olunmuş, o bundan sonra filmdən ayrıldığını açıqlamışdı.