Fotosessiya
Fotosessiya

Açıqlaması tənqid olunan Aslı filmdən ayrıldı

Açıqlaması tənqid olunan Aslı filmdən ayrıldı

Türkiyəli mərhum ifaçı Barış Akarsunun həyatından bəhs edən filmin heyətində ayrılıq yaşanıb.

OLAY yazır ki, müğənninin özü ilə eyni qəzada vəfat edən sevgilisi Zeynep Koçakı canlandırmalı olan Aslı Bekiroğlu komanda ilə vidalaşıb. 

Buna səbəb Aslının ötən günlərdə layihə ilə bağlı verdiyi açıqlama olub. Belə ki, aktrisanın faciəvi şəkildə dünyasını dəyişən Akarsudan gülərək danışması müzakirə yaradıb.

Onun “Vəfat edib. “Başınız sağ olsun” deyərəm, başqa nə söyləyim?” sözləri Barışın yaxınlarını və sevənlərini kədərlənib. Bundan sonra Aslı instaqramda açıqlama yayaraq əslində səhv başa düşüldüyünü bildirib:

“Filmlə bağlı spoyler verməmək üçün sualları gülərək keçməyə çalışdım. Bu da yanlış anlaşıldı. Uşaqlığımdan bəri hekayəsinə və xatirəsinə hörmət etdiyim, filmində yer almağı çox istədiyim sənətçinin yaxınlarına, sevənlərindən bütün səmimiyyətimlə üzr istəyirəm. Onların daha çox üzülməməsi üçün layihədən çəkilirəm”.