Türkiyəli mərhum müğənni Barış Akarsu haqqında çəkilən filmin hazırlıqları davvam edir.
OLAY yazır ki, ekran işində rol alacaq olan daha iki aktyor müəyyənləşib. Belə ki, Akarsu ilə eyni qəzada həlak olan onun prodüseri Nalan Kahramanı “Yasak elma” serialı ilə daha da populyarlaşan aktrisa Şafak Pekdemir oynayacaq.
Qəza zamanı maşını idarə edən, Barışın sevgilisi Zeynep Ocakı isə gənc aktrisa Aslı Bekiroğlu canlandıracaq.
Qeyd edək ki, B. Akarsu, N. Kahraman və Z. Ocak 2007-ci ildə Bodrum Muğla ərazisində baş verən avtomobil qəzasında həlak olub.
Onu da xatırladaq ki, filmdə Akarsunu İsmail Ege Şaşmaz oynayacaq.