Türkiyənin komediya aktyoru Ata Demirer rol aldığı yeni filmi olan “Bursa bülbülü” qalmaqala səbəb olub.
OLAY yazır ki, müzakirələr aktyorun ekran işinin çəkiliş meydançasından kadrlar paylaşdıqdan sonra yaranıb. Belə ki, Demirerin canlandırdığı Cengiz Sezen obrazı məşhur Recep İvedikə bənzədilib.
Məsələyə İvedik obrazına həyat verən Şahan Gökbakan da münasibət bildirib. O, tvitterdə “Receb İvedik ikonik bir obraz olduğu üçün bənzədilməsi normaldır. Mənim üçün bir problem yoxdur. Ata dəyərli komediya ustadıdır. İnşallah Receb kimi uğur qazanar. Amma reytinqi ondan yüksək olmasın”,- deyə bildirib.