“Avatar” filminin davamı olan “Avatar: The Way of Water” hələ premyerası olmadan rekord qırıb.
OLAY yazır ki, ekran işinin ilk anonsu bütün zamanların ən çox baxılan treylerlərindən birinə çevrilib.
Ceyms Kemeronun rejissorluq etdiyi, “Disney” və “20th Century Fox” istehsalı olan layihənin tizerinə 24 saat ərzində 148, 6 milyon baxış toplayıb.
Bunun 23 milyonu təkcə Çindən gələn baxışlardır. Bu o deməkdir ki, treyler bir gündə istənilən “Star Wars” filmindən daha çox izlənilib.